top of page
  • Writer's pictureMahammad Kekalov

Əlilliyi olan şəxslər və model kimi iş imkanı

Aybəniz İsakova ilk dəfə 2016-cı ildə evindən kənara, peşə kursuna gedib. Onun üçün evindən kənarda olmaq çətin olsa da, davam edib, kurslarda aşpaz köməkçisi, şirniyyatçılıq və dizaynerlik öyrənib. Əl işləri ilə də məşğul olub sərgilərdə satış edir.



Sonra rəfiqələrindən “Kekalove Adaptive” haqqında eşidib və dizayner peşəsi olduğu üçün özünü modellikdə sınamağa qərar verib. Müraciət edib qəbul olunduqdan sonra podiuma çıxıb.


Aybəniz deyir ki, özünü podiumda çox güclü hiss edir. Əvvəllər insanlar küçədə ona fərqli baxışla, yadplanetli kimi baxırdılar, amma podiumda ona bir ulduz kimi baxırlar. Aybənizin növbəti hədəfi podiuma tək model kimi yox, modelyer-dizayner kimi çıxmaq, öz dizaynlarını modellərin üzərində görməkdir.



Aybənizin hekayəsini izlə



Biz əlilliyi olan qadınların hekayələrini paylaşırıq. Azərbaycanda əlilliyi olan qadınların iş bazarında qarşılaşdığı çətinlikləri öyrənmək üçün hazırladığımız siyasət sənədi ilə tanış ola bilərsən.



Policy Brief (AZ)
.pdf
Download PDF • 11.01MB


Policy Brief (EN)
.pdf
Download PDF • 11.27MB

bottom of page